Xəbər lenti

84 həkim işə qəbul olundu
Ölkə08:48 04.08.2017

84 həkim işə qəbul olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticələrini açıqlayıb.

Nazirlikdən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqə iyulun 24-25-də keçirilib. Müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Qaynarinfo.Az