Sənət 11:45 14.03.2024

86 yaşı tamam olan Anar: "Daha heç bir arzum yoxdur"

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın doğum günüdür. Sədrin 86 yaşı tamam olur. 

Qaynarinfo təbrik etmək üçün Anar Rzayevlə əlaqə saxlayıb. Yazıçının "doğum günü arzularınızı bilmək olarmı" sualına cavabı çox qısa olub:

"Yox, daha arzularım yoxdur. Heç bir arzum yoxdur".

Qeyd edək ki, Anar Rzayev 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. 

Bahar Rüstəmli