Bakıda evdə yanğın nəticəsində 86 yaşlı kişi ölüb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Ev 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus olub. Yanğın nəticəsində ümumi sahəsi 65 kv. metr olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv. metr sahədə yanıb.
Ev sahibi 86 yaşlı Aleksandr Konstantinoviç Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info