İdman 15:34 24.03.2024

88 yaşlı atlet belə çempion oldu (VİDEO)

Polşanın Torun şəhərində qapalı məkanda veteran atletlər arasında turnir keçirilib.

Qaynarinfo-nun məlumatına görə, 88 yaşlı ikiqat dünya çempionu Manolillo Alonso hər kəsi geridə qoyaraq birinciliyi qazanıb. 

Alonso M85 kateqoriyasında ( 85 yaşdan yuxarı) 800 metr məsafəyə qaçış üzrə yarışda qalib gələrək 88 yaşını təmtəraqlı şəkildə qeyd edib. Daha sonra o, 1500 metr məsafəyə qaçış üzrə yarışı da qızıl medalla bitirib. 

Veteran ispan idmançı aşağı kateqoriyadan olan alman Bernd Krugerə (M80 - 80 yaşdan yuxarı) üstələməklə finiş xəttinə çatıb. Atlet finiş xəttinə altı dəqiqə 40 saniyə ərzində çatıb.

Səbuhi Həsənov