Xəbər lenti

9-cuların imtahanında daha iki rekordçu
Ölkə12:41 24.05.2025

9-cuların imtahanında daha iki rekordçu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 13-də keçirdiyi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ötən gecə açıqlanıb.
Məlum olub ki, imtahan iştirakçıları arasında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəyə imza atıb.
Qaynarinfo az xəbər verir ki, 300 bal toplayan şagirdlərdən 2-si Bakı Türk Liseyində (Türkiyə Dəyanət Vəqfi) təhsil alır.
Bunlar Ləman Cəfərli və Toğrul Zeynallıdır.
Bakı Türk Liseyi bu böyük nailiyyət münasibətilə şagirdləri və onların müəllimlərini təbrik edib.