Xəbər lenti

9 əfsanəvi musiqiçinin son unudulmaz çıxışı - VİDEO
Ölkə15:44 19.02.2016

9 əfsanəvi musiqiçinin son unudulmaz çıxışı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1. Johnny Cash – Hurt

Əslində Nine Inch Nails’ə məxsus olan “Hurt” mahnısının Johnny Cash tərəfindən edilən bu cover’i, qrupun beyni hesab edilən Trent Reznor’dan daha yaxşı ifa edilmişdi. Uzun və çətin həyatı olan Cash, mahnını cover etmək üçün Reznor’dan icazə istədikdə, həyatının son günlərini yaşayırdı. Cash’in gəncliyindən təsvirlərlə bəzədilmiş klip də olduqca təsirlidir.

2. Freddie Mercury (Queen) – The Show Must Go On

Bu mahnı Freddie Mercury’nin son günlərini yaşamaqda olduğuna dair mətbuatda çıxan xəbərlərə cavab olaraq qrupun gitara ifaçısı Brian May tərəfindən yazılıb. May, əvvəlcə Freddie’nin mahnını ifa etməyəcəyindən qorxduğunu, ancaq onun çox qərarlı bir şəkildə studiyaya girib meydana mükəmməl bir iş çıxardığını deyir. Freddie Mercury bu mahnını ifa etdikdən 6 həftə sonra vəfat edir.

3. Bob Marley – Redemption Song

Marley son albomunun sonuncu mahnısı olan “Redemption Song”da xərçəngdən əldən düşməsinə baxmayaraq, pozitiv bir duruş sərgiləyir və gələcəkdəki yaxşı günlərdən bəhs edir.

4. Glen Campbell – I’m Not Gonna Miss You

Campbell, ona Alzheimer diaqnozu qoyulduqda və ailəsini, bütün həyatını, mahnılarını yavaş-yavaş unutmağa başladıqda bu mahnını yazmışdı. Get-gedə xəstəliyin pəncəsinə düşəcəyini hiss edən musiqiçi, ailəsi üçün bir mahnı bəstələmək istəyirdi. O, hələ də yaşayır. Ancaq, mahnısında da deyildiyi kimi, bu amansız xəstəliyindən dolayı qayğıya möhtacdır.

5. Joey Ramone – What A Wonderful World

Joey Ramone son albomu olan “Dont Worry About Me”də yer alan bu mahnını limfoma xəstəliyindən artıq ölmək üzrə olduğu zaman cover etmişdi. “What A Wonderful World” siyahımızda yer alan ən nikbin mahnılardan biridir.

6. Tupac – Changes ft. Talent

Vəfatından çox əvvəl yazılmasına baxmayaraq, Tupac öləndən sonra meydana çıxarılan bu mahnıda reper ölümünün necə olacağını təsvir etməyə çalışırdı. Bu mahnı eyni zamanda Tupac’ın dünyagörüşünü əks etdirməsinə görə də olduqca əhəmiyyətlidir.

7. Lynn Strait (Snot) – Absent

Snot qrupunun üzvü Lynn Strait studiyada bu mahnını qeyd etdikdən sonra avtomobil qəzası keçirmiş və qrupun talismanı olan iti Dobbs ilə birlikdə həyatını itirmişdi. Bu hadisədən sonra bir çox musiqiçi albomun vokal qeydlərinin başa çatdırılması üçün qrupa kömək əlini uzatdı. Albomdakı “Absent” mahnısı isə Lynn’in insanların həyatından “yox” olması ilə bağlı idi. Mahnının təsirli məqamı isə Lynn’in şöhrəti üçün “bir qəza” ifadəsini istifadə etməsidir.

8. Blind Melon & Jena Kraus – Mouthful of Cavities

“No Rain” mahnısı ilə şöhrət qazanan Blind Melon qrupunun vokalisti Shannon Hoon bu albom çıxdıqdan qısa müddət sonra artıq dozada narkotik qəbul edərək, həyatını itirmişdi. Qrupun gitaristi mahnının “Shannon’un beyninin qarmaqarışıq və gözə çarpmayan küncləri ilə” bağlı olduğunu bildirmişdi.

9. Nirvana – Where Did You Sleep Last Night

Kurt Cobain’in ölümündən bir neçə ay əvvəl baş tutan bu konsert, Nirvana’nın televiziyada yayımlanan sonuncu konserti oldu. “Where Did You Sleep Last Night” isə konsertin son mahnısı idi. Kurt konsert boyu zarafatlaşmasına baxmayaraq, kədəri açıq şəkildə hiss edilirdi. Xüsusilə mahnının son hissəsində sərgilədiyi performans tükürpədicidir.

Qaynar.info