Xəbər lenti

90-cı illərin Qarabağ müharibəsində neçə nəfər itkin düşüb?
Ölkə05:55 30.08.2021

90-cı illərin Qarabağ müharibəsində neçə nəfər itkin düşüb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir:
"Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.