Xəbər lenti

92 yaşlı qadın oğlu və gəlini tərəfindən illərlə çirkli donuz damında saxlanılıb
Ölkə15:40 12.01.2017

92 yaşlı qadın oğlu və gəlini tərəfindən illərlə çirkli donuz damında saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin Quansi əyalətində 92 yaşlı qadın çirkli donuz damında tapılıb. Verilən məlumata əsasən, qadın uzun illərdir ki, oğlu və gəlini tərəfindən qapalı vəziyyətdə saxlanılıb.

 Dəhşətli videoda qadının saxlanıldığı dözülməz şərait əks olunub. O, həbsxanaya bənzər şəkildə yalnız taxta lövhə və köhnə ədyalın olduğu məkanda qalıb.

 Yan adlı qadın donuz damından çıxarılaraq müalicə üçün yerli xəstəxanaya aparılıb. Hazırda polis araşdırma aparır. Qadına münasibətdə törədilən cinayətdə cütlük şübhəli bilinir.

Qaynarinfo.Az