
“Dövlət Gömrük Komitəsinin əməkdaşlarının saxladıqlar 96 saylı qatarın rəisinin bizə aidiyyatı yoxdur”.
Bunu AzNews.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzmməmədov bildirib.
Onun sözlərinə görə, hadisə iki ay öncə baş verib və qatar da Rusiyaya məxsusdur: “Həmin qatarın rəisi də Rusiya vətəndaşıdır.
O, törətdiyi qeyri-qanuni əməlinə görə, saxlanılaraq Rusiya tərəfinə təhvil verilib. Sözügedən işdən çıxarılıb və yerinə başqası təyin olunub”.
Qeyd edək ki, Azərbaycan mediasında gedən xəbərlərə görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları Rusiyadan “Yalama” gömrük postuna daxil olan 96 saylı “Moskva-Bakı” sərnişin qatarında gizli şəkildə gətirilən yüzlərlə qutu siqaret və araq aşkar edib. Gömrük əməkdaşları bu qaçaqmalçılıq cəhdinin qarşısını alıb. Qatar rəisi vəzifəsində çalışan İqor Javoronkovun vaqonda gizlətdiyi 980 qutu “ParlıamentSilverBlue”, 250 qutu “True”, 80 qutu “Parliament”, 20 qutu “MarlboroSeventy-Twos” markalı siqaret və 11 ədəd 0,5 litrlik “İvuşkaLuks” arağı gömrük baxışı zamanı aşkar olunaraq müsadirə olunub.
Qaynar.info