"Təkcə 98 nəfər deyil, ölkədə kifayət qədər şəxs var ki, onların diplomları saxtadır. Həmin şəxslərin əksəriyyəti hazırda dövlət vəzifələrində çalışır, yaxud da pedaqoji fəaliyyətlə məşğuldurlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi DİM-in "ötən il Azərbaycanda 98 nəfər tələbənin diplomu saxta çıxıb” açıqlamasından danışarkən deyib. Ekspert hər il ölkəmizdən dünyanın müxtəlif ölkələrinə, xüsusi ilə daha çox qardaş ölkə olan Türkiyəyə təhsil almağa gedənlərin olduğunu vurğulayıb:
"Burada əsasən atestat vasitəsi ilə qəbul prosesi həyata keçirilir və yaxud müvafiq bizə qonşu olan ölkələrdən, məsələn, Dağıstan filial və s. bu kimi universitetlərə hər hansı şəxsin adı yazdırılır və qəbul aparılmır. Onların diplomunun tanınması ilə bağlı Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq araşdırılma aparılır. Müvafiq prosedur qaydalar var. Məsələn, əgər vətəndaş iddia edirsə ki, 4 il ərzində hər hansı bir ölkədə təhsil alıb, həmin ölkənin dilini bilməlidir. Bununla yanaşı, pasportunda ölkədən çıxış-giriş qeyd olunmalıdır”.
Diplomların saxta olmasına gəlincə, ekspert bildirib ki, diplom əgər dövlət tərəfindən verilibsə, bu, müvafiq olaraq elektron sistemdə öz əksini tapmalıdır:
"Eyni zamanda Təhsil Nazirliyinin verdiyi diplom və yaxud da xaricdə təhsil alıb gələn şəxsin diplomudursa, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən onun haqqında məlumat olur. Bunlar olmadığı halda diplomların saxta olması üzə çıxır”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ölkədə saxta diplom alanlarla bağlı statistika açıqlayıb. Qurum bildirib ki, ötən il Azərbaycanda 98 nəfər tələbənin diplomu saxta çıxıb.
Bahar Rüstəmli