
ABŞ Təhsilli Azərbaycan Məzunları Biznes Akademiyası layihəsinə start verib. Qaynar.info xəbər verir ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) yeni “Biznes Akademiyası” layihəsinə start verir.
Layihə Azərbaycan Biznes Keys Yarışmasının (2013) bir hissəsi kimi həyata keçiriləcəkdir. Biznes Akademiyası çərçivəsində, ABŞ və Avropa təhsilli məzunlar və mütəxəssislər 100-dən çox tələbəyə müxtəlif biznes mövzularında təlim keçəcək.
İxtisasından və təhsil ilindən asılı olmayaraq bütün tələbələr Biznes Akademiyanının təlimlərində iştirak edə biləcəklər.Təlimlərdə ABŞ və Avropada çap olunmuş biznes təhsili kitabları, Harvard Biznes Məktəbinin real biznes keysləri istifadə olunacaq.
Biz hazırda kurslarda iştirak üçün ərizələri qəbul edirik və tələbələr öz ərizə formalarını göndərə bilərlər.
Dərslərin mövzuları:
● Biznes komunikasiya və təşkilati davranış
● İnsan resurslarının İdarə olunması
● Marketinq və İctimaiyyətlə Əlaqələr
● Strateji İdarəetmə
● Biznes Statistikası
● Maliyyə təhlili və İnvestisiya qiymətləndirilməsi
● Maliyyə planlaması və büdcə
● Beynəlxalq Maliyyə
● Daxili Audit və İdarəetmə
● İnformasiya Texnologiyalarının Biznesdə Tətbiqi
Kimlər iştirak edə bilər:
● Bakalavr və magistr tələbələri.
Qaynar.info