Xəbər lenti

AAAF Parkda Uşaq Bayramı belə qeyd edildi (R)
Ölkə08:16 03.06.2015

AAAF Parkda Uşaq Bayramı belə qeyd edildi (R)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə, AAAF Park İstirahət və Əyləncə Mərkəzində 3 saylı Xüsusi İnternat Məktəbinin danışma və eşitmə qüsurlu şagirdləri üçün bayram tədbiri təşkil olundu. Sevinclərinin həddi-hüdudu olmayan uşaqları AAAF Parkda cizgi film qəhrəmanları qarşıladı. “Tom və Jerry”, “Mikki və Mini”, “Maşa və Ayı”, “Calio” və “Pepe” ilə uşaqlar şəkil çəkdirərək parkı gəzdilər, maşın sürdülər, “Limunand” Əyləncə Mərkəzinin bütün oyun atraksionlarında əyləndilər, “7D Cinema Mərkəzi”ndə isə baxdıqları filmin həyəcanını yaşadılar.
Uşaqların inkişafı, sağlam mühitdə böyüməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün AAAF Park İstirahət və Əyləncə Mərkəzində bir çox imkanlar yaradılıb. Bu imkanlarla yanaşı, həm də sosial tədbirlərə ev sahibliyi edən kompleksimizdə mütəmadi olaraq fiziki qüsurlu insanların əl işlərindən ibarət sərgilər təşkil olunur, konsertlər keçirilir.
Oxuduqları məktəbdə qazandıqları nailiyyətlərlə kifayətlənməyən fiziki qüsurlu uşaqlar sosial aktiv fəaliyyətləri ilə cəmiyyətdə layiqli yerini tapmaq üçün bir çox tədbirlərdə iştirak edir, “İstedadli Əlillər” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan görüşlərdə istedadları ilə hər kəsi heyrətləndirməyi bacarırlar. AAAF Park rəhbərliyi adından söz verildi ki, bu kimi görüşlər tez-tez təşkil ediləcək, fiziki qüsurlu uşaqların bacarıq və istedadlarının üzə çıxarılması yönündə mütəmadi olaraq yarışmalar, sosial layihələr, bayram təbdirləri təşkil olunacaqdır.