Hüseynqulu Baǧırov: "Hər hansısa bir ağac torpağın sahibi tərəfindən hasara alınırsa bu qanuna zidd deyil"
"Son günlər Bakıda ağac kəsimini həyata keçirən insanlar ən böyük məbləğdə cərimə sanksiyaları ilə üzləşdilər". ANS PRESS-in verdiyi məlumata görə, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Baǧırov bildirib.
Nazir bildirib ki, onlara heç bir şeyə baxmadan 40 min manatadadək cərimələr tətbiq olunub.
Nazir bəzi qrumlar və ya əhali tərəfindən ağacların hasara alınmasına münasibət bildirib:
"Əkilən ağacların hər birinin sahibi var. Ya Bakı şəhər İcra Hakimiyyətinin, bələdiyyə, müəssisə və ya hansısa bir insan o ağacın kəsiminə cavabdehdir. Hər hansısa bir ağac torpağın sahibi tərəfindən hasara alınırsa bu qanuna zidd deyil. Biz deyə bilmərik ki, onu hasara al və ya alma. Əsas məsələ odur ki, əkilən hər bir ağacın uçotu var. Uçot nəticəsində və ya peykdən çəkilmiş şəkillər nəticəsində biz təhlil apara bilirik. Kim isə ağacı gizli şəkildə kəsmək istəyəndə biz onu sübut edə bilirik və bunun nəticəsində müvaffiq tədbirlər görülür. Əvvəlki illərə nisbətən Bakıda da ağac kəsmi xeyli azalıb."