Xəbər lenti

AB 9 aya Rusiya qazından imtina etməyi düşünür... – Necə?
Ekonomiks 16:22 09.03.2022

AB 9 aya Rusiya qazından imtina etməyi düşünür... – Necə?

"Çox qısa zaman üçün kifayət qədər iddialı hədəfdir. Planın nə dərəcədə əsaslandırılmış olmasını hər halda ilin sonunda görmək mümkün olcaq”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev Avropa Birliyinin Rusiyanın enerji asılılığından xilas olmaq üçün açıqladığı plana münasibət bildirərkən deyib:

"Avropa Birliyi Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün planını açıqayıb. Ötən həftə Beynəlxalq Enerji Agentliyi də öz təkliflərini Birliyə təqdim etmişdi. Agentlik təklif etdiyi 10 addımla 2022-ci ilin sonuna qədər Rusiyadan alınan təxminən 150 mlrd. kub qazın 50 mlrd. kubmetrini ixtisar etməyin mümkün olduğunu göstərirdi.

AB ekspertləri isə təqdim etdikləri sənəddə yaxın 9 ayda Rusiyadan qaz asılılığının 67% və ya 100 mlrd. kub azaldılmasının mümkün olduğunu göstəriblər. 
Ekspertlər imtina olunacaq 100 mlrd. kub Rusiya qazının alternativləri kimi aşağıdakı mənbələri göstərirlər:

1) 50 mlrd. kub yeni LNG müqavilələri hesabına
2) Əlcəzair, Azərbaycan və Norveçdən kəmər infrastrukturu hesabına əlavə 10 mlrd. kub qaz
3) enerjidən istifadənin səmərəliliyinin və qənaətin yüksəldilməsi, alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalının artırılması təxminən 35 mlrd. kub qazdan istifadəyə qənaətə imkan verəcək.

Plana əsasən, aprel ayında yeraltı qaz anbarlarları ilə bağlı da bütün birlik üzvlərinin əməl etməli olduğu öhdəlik təsdiqlənəcək. Həmin standarta əsasən, oktyabrın 1-dək mövcud anbarların 90% doluluq səviyyəsi təmin edilməlidir”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->