ABŞ-da fermada iki başlı mutant inək doğulub
Qaynarinfo bu barədə "Daily Mail"ə
istinadən xəbər verir.
Məlumata görə, Kentukki ştatının Edmonson qraflığında fermada iki başlı inək dünyaya gəlib. Heyvanın sahibi olan Tarter ailəsi belə anomaliyaların 400 milyon buzovdan birində baş verdiyini bildirib.
Fermerlər buzovun qeyri-adi qısa kürəyinə, həmçinin deformasiyaya uğramış arxa ayaqlarına və inkişaf etməmiş düz bağırsağa malik olduğunu qeyd ediblər. Onların dediyinə görə, əvvəllər onlarda analoji bir hadisə olub, o da anormal doğulmuşdu, lakin bu, bir neçə onilliklər əvvəl olub.
Sahibləri bildiriblər ki, buzovu dünyaya gətirən inək çətin şəraitə baxmayaraq yaxşı vəziyyətdədir və yeni doğulan heyvan çox yaşayıb.
Aydın
Şərhlər