Dünya 16:06 14.05.2022

ABŞ-dan Paşinyana “sarı vərəqə”

Aprelin 16-da İrəvan küçələrində polisin etirazçılara qarşı zorakılıq tətbiq etməsinə Qərbdən heç bir reaksiya gəlmədi. Yalnız iki gün sonra ABŞ Dövlət Departamenti Paşinyan hökumətinə gələcəkdə belə sərt tədbirlərə əl atmamaq barədə xəbərdarlıq edən bəyanat yayıb. 

Üstəlik, Vaşinqtonda Paşinyana xatırladılıb ki, ABŞ və Ermənistan arasında ikitərəfli strateji anlaşma olub və orada konkret olaraq tərəflərin demokratik dəyərlərin inkişafına, regionda sülhün bərqərar olmasına sadiq olduqları bildirilib. Məhz dinc etirazlar demokratiyanın mühüm dəyərlərindən biri hesab olunur.

ABŞ həmin bəyanatla faktiki olaraq Paşinyana "sarı” vərəqə göstərib. İki həftə sonra oxşar bəyanatı Avropanın ən böyük partiyalarından biri olan Avropa Xalq Partiyası da verib. 

Qərbin bu cür qiymətləndirmələri ilə Ermənistandakı etirazlardan öz xeyrinə yararlana biləcəyini düşünən Rusiyanın da olaylara reaksiyası gecikməyib. 

Kremlin sözçüləri bəyan ediblər ki, bu etirazlar Ermənistanın daxili işidir və Moskva Ermənistanın daxili siyasi həyatına qarışmaq istəmir.
Beləliklə, istər Moskva, istərsə də Qərbdə Paşinyana Ermənistanda baş verən daxili proseslərə bitərəf olduqları göstərildi. Bu isə o deməkdir ki, ölkə daxilində etimadını itirən Paşinyan ölkə hüdudlarından kənarda da bunu kompensasiya edə bilməyib.

Telman