Xəbər lenti

ABŞ Gürcüstanı yeni sanksiyalarla hədələdi
Dünya 16:54 31.07.2024

ABŞ Gürcüstanı yeni sanksiyalarla hədələdi

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib ki, Birləşmiş Ştatlar Gürcüstana qarşı yeni sanksiyalar üzərində işləyir və əgər ölkə hakimiyyəti "səhv” istiqamətdə hərəkət etməyə davam edərsə, yaxın gələcəkdə məhdudiyyətlər tətbiq edəcək.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı rəsmi Konqresin Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib
 
"Mən heç nə elan etməyəcəyəm, amma biz bunu nəzərdən keçiririk (Gürcüstana qarşı sanksiyalar – red.). Bu, təkcə korrupsiyadan bəhrələnənlərə deyil, həm də Qlobal Maqnitski insan haqları aktına əsasən insan hüquqlarının pozulmasında iştirak edənlərə aiddir”, - deyə O’Brayen bildirib. 

Bununla belə, onun sözlərinə görə, "Gürcüstanın hakim partiyasına aydın olmalıdır ki, geriyə yol var”. "Bir il əvvəl biz gördük ki, yanlış yol seçilib, sonra hakim partiya öz kursunu dəyişib, böyük uğurlar əldə edib. Ümid edirəm ki, bu, növbəti aylarda yenidən baş verə bilər”, - deyə O’Brayen yekunlaşdırıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyd edib ki, Amerika hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları şantajdır. Onun sözlərinə görə, Tiflislə belə bir dildə danışmaq "əks-məhsuldar” və "səhv”dir.

Xatırladaq ki, Gürcüstanın ABŞ və Aİ ölkələri ilə münasibətləri may ayında xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib. Ölkə prezidenti Salome Zurabişvili bu təşəbbüsə qarşı çıxıb və qanunun "antimilli” olduğunu və konstitusiyaya uyğun olmadığını bildirərək ona veto qoyub, lakin buna baxmayaraq, qanun qəbul edilib. Tiflisdə qanuna qarşı geniş etiraz aksiyaları keçirilib. 

İyunun əvvəlində ABŞ onlarla Gürcüstan vətəndaşı, o cümlədən "Gürcü arzusu” partiyasının üzvləri və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton onlar demokratiya və sərbəst toplaşmaq azadlığının boğulmasına, eləcə də dinc nümayişçilərin zorla dağıdılmasına görə məsuliyyət daşıyır. O, Gürcüstan rəhbərliyini addımlarına yenidən baxmağa və "bəyan edilmiş demokratik və Avro-Atlantik istəklərinə” qayıtmağa çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->