Xəbər lenti

“ABŞ-ın Solovyovu”nun Putinlə müsahibəsi nə vaxt yayımlanacaq? - WSJ açıqladı
Dünya 22:10 07.02.2024

“ABŞ-ın Solovyovu”nun Putinlə müsahibəsi nə vaxt yayımlanacaq? - WSJ açıqladı

Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi ehtimal ki, cümə axşamı, fevralın 8-də dərc olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Wall Street Journal mənbələrə istinadən yazır.

Karlsonun özünün dediyinə görə, müsahibə Twitter-də və jurnalistin öz saytında, TuckerCarlson.com-da yerləşdiriləcək.

Jurnalist bir gün əvvəl Moskvada olduğunu və Putindən müsahibə almaq istədiyini təsdiqləyib.
O, "jurnalist kimi borcunun” insanları "məlumatlandırmaq” olduğunu bildirərək, hələlik heç bir Qərb jurnalistinin Putindən "müsahibə ala bilmədiyini” və amerikalıların guya Karlsonun "münaqişə" adlandırdığı Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında "məlumatlandırılmadığını” qeyd edib.
Müraciətində o, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən və işğalçıların hərbi cinayətlərindən bəhs etməyib, sadəcə "Ukraynada müharibənin” "başlandığını” və bunun nəticəsində "yüz minlərlə insanın həlak olduğunu” bildirib”.

Fevralın 5-də Bloomberg Kremldəki anonim mənbələrə istinadən xəbər verib ki, Karlsonun Moskvaya səfərinin məqsədlərindən biri Putinlə müsahibə ola bilər. Eyni zamanda, bazar ertəsi, fevralın 5-də Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləməkdən imtina edərək, jurnalistlərə müsahibənin təyin olunacağı təqdirdə Kremlin onları məlumatlandıracağını deyib.

Karlson həmçinin bildirib ki, o, Ukrayna prezidentinin ofisinə prezident Vladimir Zelenski ilə müsahibə üçün sorğu göndərib. Onun sözlərinə görə, Zelenskinin ABŞ-da verdiyi müsahibələr "ənənəvi müsahibələr deyil, təşviq seanslarıdır”.

Karlson əmin edib ki, ABŞ prezident administrasiyası guya onun Rusiya lideriylə ünsiyyət qurmaq planlarını dayandırmağa çalışıb və onun ikinci dəfə bunu etməsinə mane olmaq istəyir. O, Moskvaya "Putini sevdiyi" üçün deyil, "ABŞ-ı sevdiyi" üçün gəldiyini söyləyib. Karlson Rusiyanın təbliğat nağıllarını təkrarlayaraq deyib ki, "Qərb hökumətləri" guya "nəzarət edə bilməyəcəkləri məlumatdan qorxurlar". O, həmçinin X-nin sahibi İlon Maskın Kreml rejiminin rəhbəri ilə öz platformasında müsahibələrə mane olmayacağına söz verdiyini açıqlayıb.
Karlson 2023-cü ilin aprelində Fox News-dan ayrılıb, bundan sonra X sosial şəbəkəsində şousuna başlayıb.

O, Ukrayna və ona qarşı aparılan genişmiqyaslı müharibə haqqında dəfələrlə yalan və Rusiya təbliğatı yayıb. Məsələn, Karlson Ukraynanı Kaxovka su elektrik stansiyasını partlatmaqda ittiham edib. Media detektoru Karlsonu "Amerikalı Solovyov” adlandırıb. 

2023-cü ilin sentyabrında Fox News telekanalının keçmiş aparıcısı Putindən müsahibə almaq istədiyini söyləyib, lakin ABŞ hökumətinin buna mane olduğunu iddia edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->