Xəbər lenti

ABŞ-nin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatdı
Ölkə 20:21 17.01.2025

ABŞ-nin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatdı

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin səlahiyyət müddəti başa çatıb.


Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.


Paylaşımda səfirlə vida tədbirinin keçirildiyi qeyd olunub.


"ABŞ səfirliyində səfir Libbi ilə vidalaşdığımız unudulmaz axşam! Onun ABŞ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, həmçinin Azərbaycanda yeni əlaqələrin qurulmasına olan səmimi və fədakar yanaşması, həqiqətən ilhamvericidir. Səfirin yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasından gələcək əməkdaşlıq imkanlarının açılmasına qədər verdiyi töhfələr gələcək illərdə də əhəmiyyətini saxlayacaq. Təqaüdə çıxan səfir Libbiyə uğurlar arzulayır və bu əlamətdar anı bizimlə bölüşməyinizi diləyirik!", - paylaşımda bildirilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->