Dünya 18:19 21.06.2022

ABŞ Putinin gəlirinin aşağı düşməsi üçün danışıqlar aparır

ABŞ Kanada və digər müttəfiqləri ilə Rusiya neftinə qiymət həddi tətbiq etməklə Moskvanın enerji gəlirlərini daha da məhdudlaşdırmaq üçün danışıqlar aparır.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ maliyyə naziri Canet Yellen deyib

"Biz Avropa, ABŞ, Böyük Britaniya və başqaları tərəfindən hazırki və təklif olunan enerji məhdudiyyətlərini artıracaq və onu gücləndirəcək, Rusiya neftinin qiymətinin və Putinin gəlirinin aşağı düşməsinə səbəb olacaq qiymət məhdudiyyətlərindən və ya qiymət istisnalarından danışırıq. Bu, eyni zamanda daha çox neft tədarükünün qlobal bazara çıxmasına imkan verəcək”, - Yellen Torontoda jurnalistlərə deyib.

Yellen bildirib ki, qiymət istisnası Rusiya neftinin müəyyən məbləğdən yuxarı daşınması üçün sığorta və ya maliyyələşdirməni məhdudlaşdırmaq və ya qadağan etmək mexanizmi vasitəsilə əldə edilə bilən təsirli məhdudiyyətdir.

"Biz hesab edirik ki, qiymət məhdudiyyəti həm də yüksək qida və enerji qiymətlərilə mübarizə aparan aşağı gəlirli və inkişaf etməkdə olan ölkələrə təsirlərin yayılmasının qarşısını almaq üçün vacib bir yoldur",- Yellen deyib.

Nurlan Hüseynov