Xəbər lenti

Dünya 14:58 29.08.2023

"ABŞ Rusiyanın Krım tatarlarına qarşı təqiblərini qətiyyətlə pisləyir" - Blinken

Birləşmiş Ştatlar Krım tatarlarının Rusiyanın işğalçı hakimiyyət orqanları tərəfindən təqib edilməsini qətiyyətlə pisləyir. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken yarımadada yeni kütləvi həbslər və saxlanılmalar dalğası fonunda deyib.

O vurğulayıb ki, Rusiya Krım tatarlarına qarşı təqibləri, Ukraynanın işğalını dayandırmalı və oradakı bütün siyasi məhbusları azad etməlidir.

Qeyd edək ki, avqustun 24-də Krımın Baxçasaray bölgəsində Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarının evlərində axtarış aparıb. Altı nəfər saxlanılıb, onlar "Hizb-ut-Təhrir" təşkilatına qoşulmaqda şübhəli bilinirlər.

Avqustun 25-də rusiyalılar Simferopolun Kiyevski Rayon Məhkəməsi yaxınlığında 23 Krım tatarını saxlayıblar. Onlar bir gün əvvəl məhbuslara dəstək olmaq üçün ora gediblər. Daha sonra hərbi komissarlığın nümayəndəsi onlara çağırış vərəqəsi verib, saxlanılan şəxslər onları qəbul etməkdən imtina ediblər.

Növbəti gün saxlanılan 22 nəfər barəsində 1 sutkadan 5 sutkayadək inzibati həbs cəzası verilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->