Xəbər lenti

ABŞ şərt qoyub: Yerinə yetirilməsə, İsrailin cənubdakı əməliyyatını dəstəkləməyəcək
Dünya 14:00 29.11.2023

ABŞ şərt qoyub: Yerinə yetirilməsə, İsrailin cənubdakı əməliyyatını dəstəkləməyəcək

ABŞ hakimiyyəti anklavda məcburi köç etmiş fələstinlilərlə bağlı cavab verənə qədər İsrailin Qəzza zolağının cənubundakı hərbi əməliyyatını dəstəkləməyəcək. 

Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz öz siyasətimizi çox aydın göstərmişik. Biz əhalinin (Fələstinin-red.) Qəzza zolağından kənarda hərəkətini dəstəkləmirik. Baxın, bu insanların çoxu getmək istəmir. Bu, onların evidir... Artıq dediyimiz kimi, israillilər Qəzza zolağında bütün məcburi köçkünləri nəzərə aldıqlarını sübut etməyənə qədər biz cənubdakı əməliyyatları dəstəkləmirik”, deyə Kirbi brifinqdə bildirib. 

MTŞ koordinatorunun sözlərinə görə, ABŞ rəsmiləri İsrail hərbçilərinin şimal hissəndə işlərini bitirdikdən sonra Qəzza zolağının cənubuna doğru hərəkət etmək niyyətində olduqlarını öyrəndikdən sonra öz mövqelərini İsrail hakimiyyətinə çatdırıblar. 

"Biz Qəzzadan kənara (fələstinlilərin-red.) köçürülməni dəstəkləməməklə çox ardıcıl olmuşuq. Və onlar Qəzza daxilində məskunlaşdırıldıqları üçün israillilərin bütün əməliyyatlarında onlara dair hesabatlarını vermələrini istəyirik... Şimaldan cənuba dəhlizlər açdıqları üçün, hansıları ki, biz onları etməyə çağırdıq, cənuba daha yüz minlərlə insan gəlir”, deyə Con Kirbi əlavə edib.

Xatırladaq ki, İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail tərəfində ölənlərin sayı 1,4 min, Fələstin isə 15 mindən çox qurbanın olduğunu bildirilir. Noyabrın 22-də tərəflər humanitar yardımın çatdırılmasını və girovların İsrailə təhvil verilməsi müqabilində fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsini nəzərdə tutan müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. Noyabrın 27-də atəşkəs rejimi iki gün uzadılıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->