Dünya 14:22 26.10.2022

ABŞ və müttəfiqləri Şimali Koreyanı “görünməmiş” cavabla hədələdi

ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanı yeddinci nüvə bombası sınağını keçirəcəyi təqdirdə "görünməmiş” cavabla hədələyib.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

ABŞ və müttəfiqləri hesab edir ki, KXDR 2017-ci ildən bəri ilk dəfə nüvə bombası sınaqlarını bərpa etməyi planlaşdırır.

"Biz razılaşdıq ki, Şimali Koreya yeddinci nüvə sınağına getsə, misli görünməmiş miqyasda cavab tədbirləri görülməlidir”, deyə Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Ço Hen Don Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ dövlət katibinin müavini Vendi Şerman Şimali Koreyanı sabitliyi pozmaqdan çəkinməyə çağırıb:

"Şimali Koreyanın nüvə sınağı kimi burada baş verən hər şey dünyanın təhlükəsizliyinə təsir göstərir. Biz həqiqətən ümid edirik ki, Təhlükəsizlik Şurasında hər kəs nüvə silahından istənilən istifadənin dünyanı inanılmaz şəkildə dəyişəcəyini başa düşəcək".

Nizami Bağırov