Xəbər lenti

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqləndi
Ölkə15:32 17.08.2017

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nəsimi rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixində keçirilmiş iclasında Azərbaycan Beynəlxalq Bankının (ABB) müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib.

Bu barədə “APA-Economics”ə ABB-dən məlumat verilib.

“Məlum olduğu kimi, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Kreditorlarının yığıncağı keçirilib və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib, plan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılıb”, - deyə məlumatda vurğulanılb.

Xatırladaq ki, plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.    

Qaynarinfo.Az