Xəbər lenti

Abbas Abbasov Bakıya gəlir
Ölkə17:17 16.01.2014

Abbas Abbasov Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazirin sabiq müavini Abbas Abbasov yanvarın 22-də Bakıya gələcək. 
Bu barədə Gundeminfo.az xəbər yayıb. Daxil olan məlumata əsasən «Azerros» Ağsaqqallar Şurasının sədri, «Milyarderlər İttifaqı»nın qurucusu olan Abbas Abbasovun səfərinin məqsədi barədə hər hansı bir məlumat verilmir.
Daxil olan məlumatlara əsasən A.Abbasov həftənin 3-cü günü Bakıda olacaq və dövlət başçısı ilə görüşmək istəyir. Qeyd edək ki, Abbas Abbasov uzun müddətdir ki, ölkəyə gəlmir. O, sonuncu dəfə ötən ilin noyabr ayında Bakıya gəlsə də, qısa bir zamanda Rusiyaya qayıtmışdı. Rusiyaya qayıtdıqdan sonra isə açıqlama verərək bildirmişdi ki, Azərbaycan prezidenti ilə görüşmək istəsə də buna nail ola bilməyib.
Qaynar.info