Xəbər lenti

Abbas Abbasovun oğlu silahlı mühafizəçilərindən danışdı
Ölkə11:52 18.08.2014

Abbas Abbasovun oğlu silahlı mühafizəçilərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov nənəsinin yas mərasiminə silahlı mühafizəçilərlə gəlməsi haqda mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.

Millət vəkili azvision.az-a açıqlamasında bildirib ki, bu məluamtlardan xəbərsizdir və onlar həqiqətə uyğun deyil: “Mən müxalifət saytlarını oxumuram, bilmirəm onlar nə yazır. Onların yazdıqlarına da inanmıram”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda A.Abbasov nənəsinin Gəncə şəhərində keçirilən yas mərasiminə silahlı çeçen mühafizəçiləri ilə qatıldığı bildirilirdi.

Qaynar.info