Xəbər lenti

Abel Məhərrəmov tələbəni hədələdi: 4 nəfər saxlanıldı
Ölkə10:21 21.02.2014

Abel Məhərrəmov tələbəni hədələdi: 4 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu gün media nümayəndələrinin iştirakı ilə tələbələrlə keçirdiyi görüşdə tələbəni ali məktəbdən qovmaqla hədələyib.

Belə ki, görüşə buraxılması qadağan olunan Kitçiyeva Ramilə üzünü Abel Məhərrəmova tutaraq tarix müəlliməsi Aynurun ondan qiymət yazmaq üçün 70 manat istədiyini deyib. Abel Məhərrəmov isə tələbəni qovub. ”Səni bir dəfə qovmuşdular. Mən bərpa elədim. İndi isə mən özüm qovuram”. Hazırda universitetdə keçirilən görüş yekunlaşmaq üzrədir.

Tələbələr isə aksiyaya davam edəcəklərini, bugünki görüşün nəticəsiz olduğunu deyiblər. Görüşdən sonra universitetin daxilində 4 tələbə mühafizəçilər tərəfindən naməlum istiqamətə aparılıb.

Qaynar.info