Xəbər lenti

Abid Şərifov: «Sovetski»dəki insanları bəladan qurtardıq»
Ölkə08:17 26.09.2017

Abid Şərifov: «Sovetski»dəki insanları bəladan qurtardıq»

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sovetski”də hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil".

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, “Sovetksi” adlanan yerdə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait qurulmasına inanmırdı: “Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Yasamaldan şəhərin mərkəzində 5 dəqiqə ərzində getmək kimsəyə inandırıcı görünmürdü. İnsanların oradakı yaşayış şəraitinə baxdıqda, onları demək olar ki, bəladan qurtara bildik. İndi həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şərait hamısı insan üçündür”.

Qaynarinfo.Az