Xəbər lenti

Abituriyentlərə ŞAD XƏBƏR
Ölkə13:32 29.08.2013

Abituriyentlərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxtı uzadılıb.

"Qafqazinfo"ya TQDK-dan verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.

Qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaqdır və bu müddət uzadılmayacaq.

Xatırladaq ki, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qaynar.info