Xəbər lenti

Abituriyentlərin diqqətinə: 19 mindən çox ərizə təsdiqləndi
Ölkə17:03 27.07.2019

Abituriyentlərin diqqətinə: 19 mindən çox ərizə təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 5700, II ixtisas qrupu üzrə 4197, III ixtisas qrupu üzrə 5225, IV ixtisas qrupu üzrə 1637 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2578 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.