Xəbər lenti

Abıyevin Masallıdakı fahişəxanası bağlandı
Ölkə10:39 07.06.2013

Abıyevin Masallıdakı fahişəxanası bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Azərbaycanda 2 istirahət mərkəzində fahişəxana olması aşkarlanıb. Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hər iki əməliyyat İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları keçirib.

Əməliyyat zamanı Masallı rayonunun Qəriblər kəndindəki "Turist" istirahət mərkəzinin fahişəxana kimi işlədildiyi məlum olub. Oranı işlədən Bəhruz Abıyev tutulub.

Digər əməliyyat isə Şıxlar kəndindəki “12-ci km” restoranında keçirilib. Orada işləyən Miramin Cahangirovun əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info