Xəbər lenti

ABŞ ANAMA-ya minaaxtaran itlər hədiyyə edib (FOTOLAR)
Ölkə13:25 01.06.2019

ABŞ ANAMA-ya minaaxtaran itlər hədiyyə edib (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın Marşal İrsi İnstitutu Azərbaycana minaaxtaran itlər hədiyyə edib.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, Amerika Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute - MLI) ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) arasındakı əməkdaşlıq çərçivəsində MLİ Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlərin (MAİ) hədiyyə edilməsi ilə dəstək verməkdədir.
"2005-ci ildən bu günədək MLİ 31 baş minaaxtaran iti ANAMA-ya pay verib. Bu ilin 29 may tarixində əlavə 4 baş Belçika ovçarkası (Malinua) ölkəmizə gətirilib. Hazirda MAI-lər ANAMA-nın Fizuli rayonunda yerləşən MAİ-lərin təlim mərkəzində saxlanılır.
Beləliklə, agentlikdə 52 minaaxtaran it var, onlardan 38-i əməliyyatlarda iştirak edir”,- qurumdan bildirilib.