
Belə ki. ABŞ Ukraynaya rəsmi müttəfiq statusu verməyə çalışır. Hətta ölkə qanunvericiləri təklifi iki oxunuşda qəbul da ediblər. Layihə hazırda tam hazır olması və üçüncü oxunuşda qəbul edilməsi üçün profil komissiyasına təqdim edilib.
Qanun layihəsi ABŞ prezidenti Barak Obamaya Azərbaycan da daxil olmaqla, Gürcüstan, Moldova, Bosniya və Hersoqovin, Kosovo, Makedoniya, Çernoqoriya dövlətlərinə təhlükə zamanı ABŞ və NATO-nun dəstəyinin gücləndirilməsini təmin etməyə icazə verəcək.
Bundan əlavə qanun layihəsində Ukrayna, Gürcüstan və Moldovanın qaz ehtiyaclarının ödənilməsi və alternativ enerji ehtiyyatlarına sahib olması üçün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq İnvestisiya Korporasiyası, şəxsi sərmayədarları kömək etməkdə sözvq edir. Həmçinin sənəd bütün federal idarələri və orqanları Krımın Rusiya ərazisi kimi hər hansı bir şəkildə tanınmasını qadağan edir. Qanun layihəsi ABŞ Dövlət Katibinə keçmiş SSR ölkələrində demokratiyanın inkişafı, bu ölkələrdə demokratiya institutlarına, azad KİV, qeyri hökümət təşkilatlarının yaradılmasında lazımi tədbirlərin görməsini tövsiyyə edir.
Ekspertlərin fikrincə qanun layihəsinin qəbulundan sonra ABŞ və keçmiş Sovet Respublikaları arasında əlaqələr tam fərqli müstəviyə keçəcək.
Qaynar.info