
ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımınıtanıması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsifonunda erməni lobbisi primitiv yollarla deklarativ xarakterli qətnamə qəbuletməyə çalışır.
Anspressin məlumatınagörə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevmətbuat konfransında Ermənistan KİV-in Los Anceles Şəhər Şurasının qondarma"Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nintanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumatları şərh edərkəndeyib.
E. Abdullayev xatırladıb ki, bir müddət əvvəl ermənilobbisi ABŞ-ın Haylend Şəhər Şurasında da bənzər qərar qəbul etdirib: “Bu,absurddur. Çünki ABŞ-ın mövqeyi aydındır və bəllidir. ABŞ “Dağlıq Qarabağ” adlırespublika tanımır və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Elə bunu əsasgətirərək Haylend Şəhər Şurasının üzvü Codi Skot buna kəskin etirazını bildirərəkşəhər, qəsəbə və kənd şuralarının da ABŞ-n rəsmi mövqeyinə uyğun addım atmalarınınvacibliyini vurğulayıb”.
E.Abdullayev qeyd edib ki, bu sənədin qəbul edilməsierməni lobbisinin maliyyə vəsaiti sayəsində mümkün olub: "Sənədin heç birhüquqi qüvvəsi yoxdur və deklarativ xarakter daşıyır".
Onun sözlərinə görə, indiyədək ABŞ-ın müxtəlifştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18qətnamə qəbul ediblər: "Los Anceles Şəhər Şurasının qondarma "DağlıqQarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnaməqəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir".
Mətbuat katibi bildirib ki, Azərbaycanın LosAncelesdəki Baş konsulluğu həmin sənədin qəbul edilməsi ilə əlaqədar özetirazını bildirəcək.
Qaynar.info