Xəbər lenti

ABŞ-dan Azərbaycana xüsusi elçi
Ölkə10:16 11.07.2015

ABŞ-dan Azərbaycana xüsusi elçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev bu gün ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olundu və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qaynar.info