Amerikanın Minskdəki
səfirliyi Belarusda yerləşən ABŞ vətəndaşlarına keçmiş prezidentliyə namizəd
Svetlana Tixanovskayanın ultimatum müddəti bitən 25 oktyabr bazar gününə
hazırlaşmağı xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı RİA
Novosti yayıb.
Diplomatik nümayəndəlik
amerikalıları hər hansı fövqəladə vəziyyət üçün dərman, qida və nağd pul ehtiyatı
görməyə çağırıb.
Onlara evdə qalmaq da
tövsiyə edilib.
Qeyd edək ki, bundan bir qədər
əvvəl Tixanovskaya Belarus prezidenti Aleksandr Lukaşenkoya ultimatum irəli sürüb.
Beləliklə, o, 26 oktyabr tarixinə qədər istefasını elan etməli, küçələrdəki zorakılığı
dayandırmalı və siyasi məhbusları sərbəst buraxmalıdır. Əks təqdirdə, müxalifətçi
Lukaşenkoya respublikada kütləvi etiraz və tətillər vəd edib, yollar bağlanacaq
və dövlət mağazalarındakı satışlar çökdürüləcək.
Alpər
Şərhlər