Xəbər lenti

ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi Azərbaycanda
Ölkə13:05 22.05.2014

ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi, beynəlxalq əlaqələr üzrə baş diplomatik zabit Alan Bersin Bakıda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Qlobal Təsis Konfransında iştirak etməkdir.

Sabah A.Bersin konfransda “Təhlükəsizlik: xətlər və axınlar. Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd İdarəetmə Fəaliyyətinin Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik” mövzusunda çıxış edəcək.

Qaynar.info