
Venesuela xarici işlər nazir Delsi Rodriqes ABŞ rəhbərliyini kəskin şəkildə tənqid edərək bəyan edib ki, amerikalılar onun ölkəsində qəsdən ərzaq defisiti yaradıblar.
Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.
XİN rəhbəri hesab edir ki, bununla da Birləşmiş Ştatlar Venesuela vətəndaşlarının qəzəbləndirməyə və dövlət çevrilişi həyata keçirməyə çalışır.
“Əlimizdə ABŞ hökumətinin Venesuelada ərzaq defisiti yaratmasına dair sübutlar var. Sənaye elitasına məxsus ticarət şəbəkələri böhran yaradır. Bununla da onlar əhalinin qəzəbləndirərək konstitusiya quruluşunu dəyişmək istəyib”, - deyə Rodriqes bildirib.
Qaynarinfo.az