Xəbər lenti

ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışladı
Ölkə05:42 26.05.2016

ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır".
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
“Biz buna müsbət addım kimi baxırıq. Azərbaycan hökumətini X.İsmayılovaya  qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik.  Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək”, bəyanatda vurğulanır. 
Qaynarinfo.az