Xəbər lenti

ABŞ-ın Bakıdakı səfirliyi fırıldaqçılardan şikayət edir
Ölkə04:41 28.04.2015

ABŞ-ın Bakıdakı səfirliyi fırıldaqçılardan şikayət edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Azərbaycandakı səfirliyi fırıldaqçılıqla üzləşib. Diplomatik nümayəndəlik Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan işə düzəltmək barədəki təkliflərə inanmağı xahiş edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin aprelin 27-də yaydığı bəyanatda deyilir.
“ABŞ səfirliyi işə düzəltmək üçün heç kimdən pul tələb etmir. Səfirlik həmçinin kənar agentliklər vasitəsilə personal toplamır” - deyə səfirliyin bəyanatında deyilir.
Diplomatik nümayəndəlikdən onu da əlavə ediblər ki, işə qəbul zamanı namizədlərdən müsahibəni istisnasız olaraq yalnız səfirliyin işçiləri götürür və bu proses səfirliyin binasında həyata keçirilir.
Qaynar.info