Xəbər lenti

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” qışqıran şəxs saxlanıldı
Ölkə06:13 31.07.2017

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” qışqıran şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

 Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb. 

Qaynarinfo.Az