Xəbər lenti

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı
Ölkə19:34 05.03.2013

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 4-də ABŞ-ın Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.

Qaynar.info-nun “AzərTAc”a istinadən verdiyi xəbərə görə, qətnamənin mətnində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bu şəhərin 600-dən çox dinc sakininin qətlə yetirilməsindən danışılır. Oklahoma ştatının Senatı faciəli hadisələr faktını nəzərə alaraq və Xocalı qətliamının 21-ci ildönümünü qeyd edərək, bu qətnaməni ABŞ Konqresinə, Dövlət Departamentinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmək barədə qərar qəbul edib.

Qətnamənin müəllifi Oklahoma ştatının 26-cı dairəsini təmsil edən deputat Tom İvesterdir.

Qaynar.info