ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta öz hörmətini ifadə etmək və Azərbaycanın qəhrəmanları haqqında öyrənmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.
“Report”un xəbərinə görə, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da ABŞ-ın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.
Ötən ilin sentyabrında Senat R.Sekutanın Azəbaycana səfir qismində göndərilməsinə dair namizədliyini təsdiq edib.
O, bu vəzifəni icra edən və səlahiyyətləri 2014-cü ilin yayında bitən Riçard Morninqstarı əvəz edib.
Qaynar.info



