
Azərbaycan müdafiə naziri Səfər Əbiyev ABŞ səfəri çərçivəsində ABŞ müdafiə naziri Çak Heygellə görüşüb.
Qaynar.info "1news.az"a istinadən bildirir ki, görüşün sonunda Səfər Əbiyev amerikalı həmkarına Azərbaycana rəsmi səfərlə bağlı dəvətnamə təqdim edib.
Çak Heygel dəvətnaməni çox həvəslə qəbul etdiyini vurğulayıb. Azərbaycan müdafiə naziri ABŞ hərbi-dəniz qüvvələrinin katibi Rey Mabusla da görüşüb.
Qaynar.info