Xəbər lenti

ABŞ səfiri Anar Məmmədlinin həbsinə reaksiya - NARAHTIQ
Ölkə14:25 17.12.2013

ABŞ səfiri Anar Məmmədlinin həbsinə reaksiya - NARAHTIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ səfiri Riçard Morninqstarın Anar Məmmədlinin həbsi ilə əlaqədar bəyanatı verib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan üç ay müddətinə həbs qəti-imkan tədbiri seçilməsindən dərin narahatlıq keçirir:

"İttihamların təfərruatları hələ də aydın deyil, lakin biz cənab Məmmədlinin həbsinin onun təşkilatının seçkilərin monitorinqi və hesabat verməsi ilə bağlı olub-olmamasını aydınlaşdırmalıyıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərdə qaldırmışıq və bu mövzuda müzakirələrimizi davam edəcəyik. Biz hüquqi prosesin davam etdiyi bir vaxtda cənab Məmmədlini dərhal azad etməyə çağırırıq. Biz və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı istintaqı diqqətlə izləməyə davam edəcəyik".

Qaynar.info