
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morningstar ilə görüşüb.
YAP-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.
Qaynar.info