
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın qərargahında ABŞ-ın Azərbaycandakı səfiri cənab Robert Frenses Sekuta ilə görüşüb.
Partiyanın mətubat xidmətindən musavat.com-a verilən məlumata görə, Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları, siyasi məhbuslar, payızda keçirilməsi nəzərdə tutulan Parlament seçkiləri və digər mövzular ətraflı müzakirə edilib. Amerika-Azərbaycan münasibətlərinin inkişaf prespsktivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ səfirinin müşaviri Syuzan Çesli, Müsavat Patiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı və başqan müavini Səxavət Soltanlı iştirak edib.
Qaynar.info




