Xəbər lenti

ABŞ səfirliyi “casus siyahısı” ilə bağlı bəyanat yaydı
Ölkə08:52 18.02.2014

ABŞ səfirliyi “casus siyahısı” ilə bağlı bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədi ilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır". 

Anspressin məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında belə deyilir. 

Bəyanatda qeyd edilir ki, ABŞ Konqresinin nümayəndə heyəti, səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Səfərlərin məqsədi ABŞ-ın qanunverici orqanını Azərbaycana və regiona aid daha ətraflı məlumatlandırmaqdır.

Qaynar.info