ABŞ-ın Azərbaycandakı səfirliyi bir neçə gün öncə Kəlbəcəristiqamətində erməni hərbçiləri tərəfindən girov götürülən Azərbaycanvətəndaşlarına amansız işgəncələrin verilməsi məsələsinə münasibətbildirib. Qaynar.info-nun məlumatına görə, səfirlikdənPublika.az-ın sorğusuna cavab olaraq deyilib ki, ATƏT-in Minsk Qrupununhəmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllolunması istiqamətində tərəflərlə birgə işləmək öhdəliyinə sadiq qalır.
Daha sonra səfirlik bəyan edib ki, gücün tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək:
“Biz yenidən münaqişə tərəflərini gücün tətbiqi və ya güc tətbiqi hədələrindən kanarda olmağa çağırırıq”.
Xatırladaqki, bir neçə gün əvvəl işğal olunmuş Azərbaycan ərazisi olan Kəlbəcərdəvətəndaşlarımız Şahbaz Quliyev və Dilqəm Əhmədovu girov götürüblər,onlarla bərabər olan Həsən Həsənov isə erməni hərbçilərinin açdığı atəşnəticəsində həlak olub.
Kəlbəcərdə girovgötürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyininaydınlaşdırılması məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyası araşdırmalara başlayıb.
Qaynar.info