ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb. Səfirlikdən verilən məlumata görə, ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərini bölüşür.
Bəyanatda deyilir: "Biz Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq" . (anspress)
Bu arada "Amnesty İnternational"da bəyanat yayıb. “Hökumətin jurnalist Rasim Əliyevin ölümünün araşdırılmasını şəxsi nəzarətə götürülməsi barədəki vədləri çətin ki, real ədalət mühakiməsinə gətirib çıxarsın. Uzun müddətdir ki, Azərbaycan jurnalistləri təqib və Rasimin ölümü kimi dəhşətli hücumların obyektlərinə çevriliblər. Qərəzsiz təhqiqat barədə inandırmalara baxmayaraq bu qətllərdə günahı olanlar cəzasız qalır. Azərbaycanda ifadə azadlığı “can verir”. Odur ki, nə qədər ki bu azadlıq tam bitməyib, hakimiyyət jurnalistləri qorumaq üçün dərhal və effektiv tədbirlər görməlidir” deyə təşkilatın nümayəndəsi Natalia Nozadze bildirib.(Turan)
Qaynar.info